“ATS Food” MMC-də Ümumdünya Çörək Günü qeyd olundu
16.10.25
16 oktyabr Ümumdünya Çörək Günü ilə bağlı müəssisəmizdə “Çörək Ağacı – Təşəkkür Divarı” adlı tədbir baş tutdu. Bu xüsusi gün əməyin, bolluğun və paylaşmağın simvolu olan çörəyin və sağlam qidanın dəyərləndirildiyi gün kimi bizim üçün ayrıca əhəmiyyət daşıyırdı. Tədbir zamanı əməkdaşlarımız “Çörək Ağacı” üzərində təşəkkür və arzularını bölüşdülər, polaroid fotolarla həmin anları əbədiləşdirdilər. Günün sonunda seçilən əməkdaşlara “Təşəkkürnamə”lər təqdim olundu və hər kəsə “Çörəkçi” məhsullarından ibarət hədiyyə paketləri verildi. Çörək zəhmətin, birliyin və bərəkətin rəmzidir
Paylaş