ATS Food" MMC “Gulfood-2026” beynəlxalq qida sərgisində
03.02.26
"ATS Food" MMC “Gulfood-2026” beynəlxalq qida sərgisində "ATS Food" MMC 26-30 yanvar tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood-2026” beynəlxalq qida sərgisində uğurla iştirak etdi. Azərbaycanın qida sənayesində lider şirkətlərdən biri olan "ATS Food" MMC məhsulları sərgidə AZPROMO tərəfindən təşkil olunan “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirildi. Tədbir zamanı ziyarətçilər "ATS Food" MMC-nin məhsulları, o cümlədən Bismak markası altında istehsal olunan məhsullar ilə yaxından tanış olmaq imkanı qazandı. “Gulfood-2026” sərgisi yalnız məhsulların nümayişi üçün deyil, həm də bazar trendlərinin izlənilməsi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və Azərbaycan istehsalı məhsulların xarici bazarlardakı mövqeyinin möhkəmləndirilməsi baxımından vacib platformadır. "ATS Food" MMC sərgidə iştirakı Azərbaycan qida sənayesinin gücünü göstərmək və “Made in Azerbaijan” məhsullarını dünya miqyasında tanıtmaq baxımından önəmli bir fürsət oldu
Paylaş