“ATS Food” MMC Zəfər Günü münasibətilə şəhidlərin xatirəsini anıb
07.11.25
8 Noyabr – Zəfər Günü münasibətilə “ATS Food” MMC-nin rəhbərliyi və kollektivi ölkəmizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.Bu məqsədlə şirkət rəhbərliyi və əməkdaşlar Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərin məzarları üzərinə gül dəstələri qoyublar.Ziyarət zamanı Vətən uğrunda canını fəda etmiş şirkət əməkdaşının xatirəsi bir daha minnətdarlıq və qürur hissi ilə anılıb.“ATS Food” MMC-nin rəhbərliyi bildirib: “Şəhidlərimizin şücaəti və fədakarlığı Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Bu gün qazandığımız Zəfər, şəhidlərimizin qanı və müzəffər ordumuzun igidliyi sayəsində mümkün olub. Biz hər zaman onların xatirəsini uca tutacağıq.”Tədbirin sonunda şirkətin əməkdaşı olan qəhrəmanlara və onların ailə üzvlərinə xüsusi hədiyyələr təqdim olunub.
Paylaş