Xəbərlər

Peşə Təhsil Mərkəzi “ATS Food” MMC ilə əməkdaşlığa başlayıb

04.10.24

30.09.2024-cü il tarixində İqtisadi Zonaların İnkişafı Agentliyi Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov ilə "ATS Food" MMC-nin direktoru Tural Hacıyev arasında Anlaşma Memorandumu imzalanmışdır.

Əməkdaşlıq çərçivəsində əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması məqsədilə birgə tədris proqramları hazırlanacaq, təlimlər təşkil ediləcək, həmçinin tələbələrin istehsalat təcrübə proqramlarında iştirak etməsi üçün şərait yaradılacaqdır.

Əməkdaşlığımızın davamlı və uğurlu olmasını arzu edirik!

 

Oxşar yazılar

02.06.25
“Bismak” dan bayram sevinci
Daha çox
02.06.25
“Çörəkçi” və “Bismak” ölkənin ən güclü 50 markası arasında yer aldı!
Daha çox
01.06.25
"Bugünkü patron mənəm" - "ATS food" MMC-da Balacaların Liderlik Günü
Daha çox