Новости

“Çörəkçi” və “Bismak” ölkənin ən güclü 50 markası arasında yer aldı!

02.06.25
“Çörəkçi” və “Bismak” ölkənin ən güclü 50 markası arasında yer aldı! 🏆
 
Qürurla paylaşırıq ki, markalarımız 7-ci “Brand Award Azerbaijan” müsabiqəsinin qalibləri sırasında yer alaraq ölkənin ən tanınmış 50 brendi arasına daxil olub!
Radisson Hotel-də baş tutan təltifetmə mərasimində Azərbaycanın aparıcı brendləri ilə bir araya gəldik və bu uğuru birlikdə qeyd etdik. Bizim üçün bu, yalnız bir mükafat deyil, daha böyük zirvələrə aparan yolda bir addımdır.
Bu nailiyyət illərlə davam edən zəhmətimizin, yenilikçi yanaşmamızın və müştərilərimizin bizə olan inamının nəticəsidir. Bizi bu yolda dəstəkləyən hər kəsə dərin minnətdarlığımızı bildiririk!
Daha böyük uğurlar üçün birlikdə irəliləyək!

Похожие посты

01.06.25
"Bugünkü patron mənəm" - "ATS food" MMC-da Balacaların Liderlik Günü
Более
24.05.25
“Çörəkçi” IBA 2025 sərgisində
Более