Vakansiyalar
“Texnoloq (Qida sahəsi üzrə)” vakansiyası
SumqayıtTələblər
İş yeri: "ATS Food"
İş məkanı: Sumqayıt ş.
Tələblər:
Təhsil səviyyəsi: Ali təhsil (Qida mühəndisliyi, Kimya)
İş təcrübəsi: Sahə üzrə minimum 2 il iş təcrübəsi, Şokolad, biskvit, çörək və ya makaron istehsalında təcrübə üstünlükdür.
Kompüter biliyi: Microsoft Office proqramı ürə biliklər
Digər: ERP sistemlərdə işləmək bacarığı.
Vəzifədən gözləntilər:
· Məhsul reseptindəki xammal miqdarının və sərfiyyatının nəzarətdə saxlanılması;
· Məhsulun laboratoriya nəticələrinin analiz edilməsi, dəyişikliklərin nəzarətdə saxlanılması;
· Məhsul reseptinin hazırlanması və daimi nəzarətdə saxlanılması;
· Məhsulun keyfiyyətinə aid sənədlərin standarta uyğun şəkildə hazırlanması;
· Məhsullarla bağlı daim Ar-Ge çalışmaları edilməsi;
· İstehsal olunan məhsulların texnoloji ardıcıllığının təyin edilməsi;
· İstehsalın xətt imkanlarını nəzərə alaraq, yeni çeşid məhsullar üzərində test nümunələrinin aparılması;
· İstifadə olunan xammalların keyfiyyət göstəricilərinin daim nəzarətdə saxlanılması;
· İstehsal avadanlıqlarının təmizlik planının və reseptinin hazırlanması;
· İstehsal sahəsinin təmizliyinin nəzarətdə saxlanılması;
· Hazır məhsul göstəricilərinin standartlara uyğunluğunun yoxlanılması;
· Laboratoriya nəticələrinə əsasən məhsul reseptinin yenilənməsi;
· Hazır məhsulun standartlar çərçivəsində olmasının nəzarətdə saxlanılması;
· Birbaşa rəhbərin tapşırdığı digər işlərin görülməsi.
Əmək şəraiti: Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi;
Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun (ştat cədvəli aralığına münasib)
İş rejimi: 6 gün
Servis: Təmin edilir (20 yanvar metrosu və Sumqayıt daxili)
Nahar: Təmin edilir
Könüllü tibbi sığorta: Təmin edilir
Korporativ nömrə və danışıq limiti: Təmin edilir
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini hr@atsfood.az elektron ünvanına mövzu hissəsində vəzifənin adı "Texnoloq (Qida sahəsi üzrə)" qeyd olunmaqla göndərə bilərlər.
"Ticari marketinq meneceri" vakansiyası
SumqayıtTələblər
İş yeri: "ATS Food" MMC
İş məkanı: Sumqayıt ş.
Vəzifə öhdəliyi:
· Ticari marketinq strategiyası və planlarını hazırlanmaq, təsdiq olunmuş planların icrasını koordinasiya etmək;
· Ticari marketinq fəaliyyətləri üzrə illik və aylıq planlar hazırlamaq;
· Promosyon, kampaniya və satış stimullaşdırıcı fəaliyyətlərin planlaşdırılması və icrasını təşkil etmək;
· Keçirilən kampaniya və promosyonların nəticələrini təhlil etmək, effektivliyini qiymətləndirmək və hesabatlar hazırlamaq;
· Satış nöqtələrində məhsulların yerləşdirilməsi, görünürlüyünə və brend standartlarına uyğunluğuna nəzarət etmək;
· Satış komandası ilə sıx əməkdaşlıq edərək mağazadaxili icranın effektivliyini təmin etmək;
· POSM materiallarına olan tələbatı müəyyənləşdirmək, sifariş, paylanma və yerləşdirilməsini koordinasiya etmək;
· Satış nöqtələrində POSM materiallarının düzgün və effektiv istifadəsinə nəzarət etmək;
· Bazar, rəqib, qiymət və istehlakçı davranışı üzrə araşdırmalar aparmaq;
· Rəqiblərin promosyon, qiymət, məhsul çeşidi və mağazadaxili fəaliyyətlərini monitorinq etmək;
· Satışların artırılması və bazar payının genişləndirilməsi üzrə təkliflər hazırlamaq;
· Məhsullar üzrə satış dinamikasını və kampaniya nəticələrini təhlil etmək;
· Yeni məhsulların bazara çıxarılması ilə bağlı ticari marketinq fəaliyyətlərinin planlaşdırılmasında iştirak etmək;
· Ticari marketinq layihələrinin büdcəsini planlaşdırmaq və büdcə üzrə xərclərə nəzarət etmək;
· Təchizatçı və tərəfdaşlarla POSM, promo materiallar və digər ticarət marketinq fəaliyyətləri üzrə əməkdaşlığı koordinasiya etmək;
· Satış nöqtələrində keçirilən aktivliklərin icrasını izləmək və hesabatlar hazırlamaq;
· Aylıq və rüblük hesabatların nəticələri əsasında inkişaf və təkmilləşdirmə təklifləri təqdim etmək;
· Layihələrin vaxtında və müəyyən edilmiş standartlara uyğun icrasını təmin etmək.
|
|
Namizədə tələblər:
· Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və digər əlaqəli sahə üzrə) Ticari marketinqi, marketinq və ya əlaqəli sahə üzrə minimum 5 il iş təcrübəsi;
· FMCG sektorunda iş təcrübəsi üstünlükdür;
· Excel, Word və PowerPoint proqramlarında yaxşı işləmək bacarığı;
· Analitik düşünmə və məlumatları təhlil etmə bacarığı;
· Hesabat hazırlama və təqdimat bacarığı;
· Planlama və koordinasiya bacarığı;
· Sürücülük vəsiqəsi.
İş Qrafiki: 5 günlük qrafik
İş saatları: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir.
Üstünlüklərimiz:
· Nahar
· Servis
· Könüllü tibbi sığorta
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Ticari marketinq meneceri” başlığı ilə hr@atsfood.az elektron poçt ünvanına göndərə bilərlər.
"Kateqoriya meneceri" vakansiyası
SumqayıtTələblər
İş yeri: "ATS Food" MMC
İş məkanı: Sumqayıt ş.
Vəzifə öhdəliyi:
|
· Kateqoriya üzrə satış, marketinq və maliyyə göstəricilərini təhlil etmək və hesabatlar hazırlamaq; · Yeni məhsulların hazırlanması, bazara çıxarılması və inkişafı prosesini idarə etmək; · Bazar araşdırmaları aparmaq, rəqibləri və qiymət siyasətini izləmək; · Kateqoriya üzrə marketinq və qiymət strategiyalarının hazırlanmasına dəstək vermək; · Satış komandası və digər şöbələrlə koordinasiyalı işləyərək kateqoriyanın inkişafını təmin etmək. |
|
|
Namizədə tələblər:
● Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və digər əlaqəli sahə üzrə );
● Sahə üzrə minimum 5 il iş təcrübəsi (FMCG və ya spesifik olaraq un məmulatları kateqoriyasında təcrübə üstünlükdür);
● Microsoft Exel, Word, Power Point-də sərbəst işləmə bacarığı;
● Azərbaycan dili (əla);
● Sürücülük vəsiqəsi.
İş Qrafiki: 5 günlük qrafik
İş saatları: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir.
Üstünlüklərimiz:
· Nahar
· Servis
· Könüllü tibbi sığorta
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Kateqoriya meneceri” başlığı ilə hr@atsfood.az elektron poçt ünvanına göndərə bilərlər.
Keyfiyyət idarəetmə sistemi üzrə aparıcı mütəxəssis vakansiyası
SumqayıtTələblər
- İSO-9001 və İSO-22000, habelə İSO-17025 və FSSG-22000 tələblərinə uyğun şirkətin normativ sənədlərinin, prosedur, qayda, təlimat, qeyd formaları və digər sənəd layihələrinin hazırlanması, monitorinqi və razılaşdırılmasını təmin etmək;
- Keyfiyyət standartları üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını, sənədlərin dövri olaraq adekvatlığını yoxlamaq, aktuallığını qismən və ya tamamilə itirmiş sənədlərə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı birbaşa rəhbərinə və digər struktur bölmələrin rəhbərlərinə təkliflər vermək, qüvvədə olmayan sənədlərin istifadə olunmamasına nəzarət etmək;
- Şirkətin struktur bölmələrinin daxili auditlərini aparmaq, uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici tədbirlərin icrasına nəzarət etmək və uyğunsuzluğun təhlilində iştirak etmək;
- KİS prosesləri, prosedurları, qaydaları şirkətin əməkdaşlarına çatdırmaq və praktiki məsələlərdə iştirak etmək;
- Keyfiyyəti idarəetmə sənədlərinə, o cümlədən sertifikatlar, kalibrləmə, sınaq nəticələri, yoxlama sorğuları, uyğunsuzluq hesabatlarının hazırlanmasını təmin etmək;
- Audit yoxlamalarının standartın tələblərinə uyğun sənədləşdirilməsini aparmaq;
- İşçilərə bütün keyfiyyət standartları haqqında bilikləri təmin etmək, bütün keyfiyyət təlimatlarına və prosedurlara uyğunluğu təmin etməklə vaxtaşırı keyfiyyətlə bağlı təlimlərin təşkil olunmasını həyata keçirmək;
- Zavodlarda keyfiyyətə nəzarət sahəsindəki formaların işlənilməsinə və düzgünlüyünə nəzarət edib hesabat təqdim etmək;
- Yeni standartları nəzərə çatdırmaq, müvafiq şöbələrlə standartların tələblərinin tətbiqi barədə plan hazırlamaq;
- Rəhbərliyin göstərişinə əsasən, müvafiq struktur bölmələri keyfiyyət standartlarının tələbləri çərçivəsində plandankənar audit etmək;
- KİS tələblərinə uyğun risklərin müəyyən etmək və izlənilməsinin təmin etmək;
- Keyfiyyətin İdarəedilməsi istiqaməti üzrə aylıq, rüblük, illik hesabatların hazırlanmasında iştirak etmək;
- Şəmkir zavodunda KİS-in qurulmasına dəstək vermək, zavodun sənədləşməsinin yenilənməsində və auditlərində iştirak etmək;
- Şəmkirdəki laboratoriyanı uyğun vəziyyətə gətirmək, əməkdaşlarına yerində təlimlər keçmək və nəzəri biliklərinin artırılmasına dəstək olmaq;
- Xammal üzrə tədarükçü (vendor) dəyərləndirilmələrini keçirmək, vaxtaşırı audit məqsədilə səfərlər etmək və çek-listlərə uyğun yoxlamaq.
İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
Namizədə tələblər:
● Təhsil: Ali təhsil (Kimya, biologiya, qida mühəndisliyi və ya digər uyğun ixtisaslar üzrə), Magistratura təhsili arzuolunandır.
● Sertifikatlar: İSO-nun müxtəlif kateqoriya (İSO-9001, İSO-22000, İSO-17025) təlimlərində iştirak mütləqdir. FSSG, BRCGS standartları ilə işləmə təcrübəsi arzuolunandır.
● İş təcrübəsi: Qida sahəsində minimum 5 il təcrübə mütləqdir.
● Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (orta), Rus dili (arzuolunandır)
● Ezamiyyətə gedə bilməlidir.
İş Qrafiki: 5 günlük qrafik (şənbə günü – iş zəruriyyətinə uyğun olaraq)
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir.
Üstünlüklərimiz:
● Nahar
● Servis
● Könüllü tibbi sığorta
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Keyfiyyət idarəetmə sistemi üzrə aparıcı mütəxəssis” başlığı ilə hr@atsfood.az elektron poçt ünvanına göndərə bilərlər.
HoReCa üzrə bölgə müdiri vakansiyası
SumqayıtTələblər
Vəzifənin adı: HoReCa üzrə bölgə müdiri
İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
• HoReCa kanalının satış strategiyasının hazırlanması və icrasını təmin etmək;
• Satış hədəflərinin müəyyənləşdirilməsi və nəticələrin monitorinqini aparmaq;
• Yeni HoReCa müştərilərinin, tərəfdaşların və satış imkanlarının müəyyənləşdirilməsi və cəlb edilməsi;
• Mövcud müştərilərlə uzunmüddətli və qarşılıqlı faydalı işgüzar münasibətlərin inkişaf etdirilməsi;
• Satış komandası və sahə əməkdaşlarının fəaliyyətini koordinasiya və idarə etmək;
• Bazar, rəqiblər, qiymət siyasəti və müştəri tələbləri üzrə mütəmadi analizlər aparmaq;
• Satış planlarının icrasına nəzarət etmək və nəticələr üzrə hesabatlar hazırlamaq;
• Şirkətin məhsul portfelinin HoReCa seqmentində inkişafını və düzgün mövqeləndirilməsini təmin etmək;
• Satış həcminin və müştəri bazasının artırılmasına yönəlmiş yeni layihə və təşəbbüslər irəli sürmək.
Namizədə tələblər
• HoReCa, FMCG, distribusiya və ya satış sahəsində ən azı 3 il iş təcrübəsi;
• HoReCa satış kanalı və müştəri seqmentləri haqqında yaxşı anlayış;
• Satış komandalarının idarə olunması üzrə təcrübə;
• Güclü danışıqlar aparmaq və müştəri münasibətlərini idarə etmək bacarığı;
• Analitik düşüncə və nəticəyönümlü yanaşma;
• Satış planlarının hazırlanması və icrasına nəzarət bacarığı;
• MS Office, xüsusilə Excel proqramı ilə işləmək bacarığı;
• Azərbaycan dili səlis, rus və/və ya ingilis dili biliyi üstünlükdür;
• Regionlar üzrə aktiv hərəkətlilik və səfərlərə hazır olmaq.
Üstünlüklərimiz:
· Nahar
· Servis
· Könüllü tibbi sığorta
· Telefon danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “HoReCa üzrə bölgə müdiri” başlığı ilə hr@atsfood.az elektron poçt ünvanına göndərə bilərlər.
Elektromexanik vakansiyası
ŞəmkirTələblər
- · Elektrik avadanlıqlarının dövri baxış və profilaktik təmir planlarını hazırlamaq və onların icrasına nəzarət etmək;
- Ali təhsil (Elektromexanika, Elektroenergetika, Elektrotexnika, Elektrik mühəndisliyi, Mexanika mühəndisliyi, Mexatronika və ya digər müvafiq texniki ixtisaslar üzrə);
- İstehsalat müəssisəsində elektromexanika vəzifəsi üzrə minimum 2 il iş təcrübəsi;
- Elektrik və mexaniki avadanlıqların texniki quruluşu və iş prinsipini bilməsi;
- Elektrik avadanlıqlarında nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması bacarığı;
- Avadanlıqların planlı texniki xidmət və təmir işləri üzrə təcrübə;
- Elektrik sxemlərini və texniki çertyojları oxuma bacarığı;
- Elektrik mühərrikləri, sensorlar, relelər, kontaktorlar, avtomatlar və digər elektrik komponentləri ilə işləmə bacarığı.
Vəzifənin adı: Elektromexanik
İş yeri: Şəmkir şəhəri
Vəzifə öhdəliyi:
· İstehsal xətlərində fasiləsiz iş rejimini təmin etmək;
· Avadanlıqlara dövri texniki baxışları keçirilməsinin təşkili;
· Elektriklə işləyən qurğuların qəzasız və qənaətli işləməsi üçün texniki tədbirlər görmək, nasazlıqları vaxtında aşkarlamaq və aradan qaldırılmasını təmin etmək;
· Yeni elektrik avadanlığı və sistemlərin quraşdırılması zamanı layihələndirmədə və montaj işlərində iştirak etmək.
Namizədə tələblər:
İş qrafiki:
● 5 günlük iş qrafiki
● İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsəsən təyin olunur.
Üstünlüklərimiz:
● Nahar
● Könüllü tibbi sığorta
● Korporativ nömrə və danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Elektromexanik” başlığı ilə hr@atsfood.az elektron poçt ünvanına göndərə bilərlər.