Xəbərlər

“ATS Food” MMC Ailəsi Komanda Ruhunu Gücləndirdi

02.09.25

30 avqust 2025-ci il tarixində “ATS Food” MMC ailəsi Qubada təşkil olunan teambuilding tədbirində bir araya gələrək əməkdaşlıq ruhunu və komanda birliyini daha da möhkəmləndirdi.

Tədbirin əsas məqsədi əməkdaşlar arasında effektiv qarşılıqlı əlaqəni təşviq etmək, komanda ruhunu gücləndirmək və motivasiya mühitini artırmaq idi.

Günün proqramı çərçivəsində müxtəlif komanda oyunları, açıq hava fəaliyyətləri və yaradıcı əyləncələr təşkil olundu. Dinamik atmosfer, pozitiv enerji, qarşılıqlı dəstək və birlik hissi tədbir boyu hər an hiss olunurdu. Bu da bir daha sübut etdi ki, uğurun əsasında güclü komanda dayanır.🎯

“ATS Food” MMC olaraq inanırıq ki, sağlam və etibarlı münasibətlər güclü iş mühitinin və davamlı inkişafın təməlini təşkil edir.

Oxşar yazılar

21.05.25
NOVEX GROUP YERLİ ŞİRKƏTLƏRİN TANITIM SƏRGİSİNDƏ UĞURLA TƏMSİL OLUNDU!
Daha çox
07.08.24
“ATS Food” MMC məhsullları "Prodexpo-2024" sərgisində
Daha çox
07.08.24
Tural Hacıyev “Çörəkçi”nin uğur hekayəsini paylaşdı
Daha çox