“ATS Food” MMC Ailəsi Komanda Ruhunu Gücləndirdi
02.09.25
30 avqust 2025-ci il tarixində “ATS Food” MMC ailəsi Qubada təşkil olunan teambuilding tədbirində bir araya gələrək əməkdaşlıq ruhunu və komanda birliyini daha da möhkəmləndirdi.
Tədbirin əsas məqsədi əməkdaşlar arasında effektiv qarşılıqlı əlaqəni təşviq etmək, komanda ruhunu gücləndirmək və motivasiya mühitini artırmaq idi.
Günün proqramı çərçivəsində müxtəlif komanda oyunları, açıq hava fəaliyyətləri və yaradıcı əyləncələr təşkil olundu. Dinamik atmosfer, pozitiv enerji, qarşılıqlı dəstək və birlik hissi tədbir boyu hər an hiss olunurdu. Bu da bir daha sübut etdi ki, uğurun əsasında güclü komanda dayanır.
“ATS Food” MMC olaraq inanırıq ki, sağlam və etibarlı münasibətlər güclü iş mühitinin və davamlı inkişafın təməlini təşkil edir.
Share