NOVEX GROUP YERLİ ŞİRKƏTLƏRİN TANITIM SƏRGİSİNDƏ UĞURLA TƏMSİL OLUNDU!
21.05.25
18–21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilmiş 6-cı Yerli Şirkətlərin Tanıtım Sərgisi uğurla başa çatıb. Sərgidə ölkənin aparıcı istehsalçıları ilə yanaşı, Novex Group da iştirak edib və qrup tərkibində fəaliyyət göstərən Qəbələ Konserv Zavodu, Quba Konserv Zavodu, Lənkəran Konserv Zavodu və ATS Food şirkətlərinin markaları ilə təmsil olunub.
Novex Group-un sərgidə iştirakı yerli istehsalın gücünü nümayiş etdirmək, məhsul portfelini daha geniş auditoriyaya təqdim etmək və yeni işgüzar əlaqələr qurmaq baxımından mühüm əhəmiyyət daşıyıb.
Konserv zavodları sərgi müddətində “Natura”, “Jalə”, “Zolotoy sad”, “Bağdan” marka adları ilə meyvə şirələri, kampotlar, mürəbbələr və tərəvəz əsaslı konserv məhsullarını təqdim ediblər. Təbii xammaldan və müasir texnologiyalarla istehsal olunan məhsullar ziyarətçilərin diqqətini cəlb edib və yüksək qiymətləndirilib.
ATS Food MMC isə “Çörəkçi” və “Bismak” markalarının müxtəlif növ çörək və un məmulatları – o cümlədən makaron, vafli, peçenye və gündəlik istehlak üçün nəzərdə tutulan digər məhsulları ilə çıxış edib.
Şirkət məhsulları barədə stendə yaxınlaşan ziyarətçilərə ətraflı məlumatlar təqdim olunub və nümunə dadımlar təşkil edilib.
Sərgi çərçivəsində Novex Group bir sıra yerli və xarici şirkətlərlə ilkin əməkdaşlıq əlaqələri yaradıb. Həmçinin istehlakçılarla birbaşa ünsiyyət, məhsullara dair rəylərin toplanması və bazar gözləntilərinin təhlili baxımından tədbir faydalı platformaya çevrilib.
Novex Group sərgidə iştirakını uğurlu hesab edir və gələcəkdə də yerli istehsalın gücləndirilməsi, ixrac potensialının artırılması və beynəlxalq bazarlarda təmsilçiliyin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirməyi qarşısına məqsəd qoyur.
Qeyd edək ki, hazırda Novex Group-a daxil olan şirkətlərin məhsulları 30-a yaxın ölkəyə ixrac olunur və həm yerli, həm də beynəlxalq bazarlarda yüksək tələbatla qarşılanır. Şirkətin geniş məhsul portfeli və optimallaşdırılmış logistika imkanları sayəsində məhsullar müxtəlif regionlarda beynəlxalq standartlara uyğun şəkildə təqdim edilir və müştəri tələblərinə cavab verir.
Share
Similar posts