"ATS Food" MMC Yerli Şirkətlərin Tanıtım Sərgisində Uğurla Təmsil Olundu!
21.05.25
18–21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilmiş 6-cı Yerli Şirkətlərin Tanıtım Sərgisi uğurla başa çatıb. Sərgidə ölkənin aparıcı istehsalçıları ilə yanaşı, “ATS Food” MMC də öz məhsulları ilə iştirak edib. “ATS Food” MMC sərgidə “Çörəkçi” və “Bismak” markaları ilə təmsil olunaraq müxtəlif növ çörək və un məmulatlarını ziyarətçilərə təqdim edib. Şirkətin məhsul çeşidinə makaron, vafli, peçenye və gündəlik istehlak üçün nəzərdə tutulan digər məhsullar daxil olub. ing ve rus dilinde profesional tercume Təbii xammaldan və müasir texnologiyalar əsasında istehsal olunan məhsullar sərgi iştirakçılarının diqqətini cəlb edib və ziyarətçilər tərəfindən yüksək qiymətləndirilib. Şirkətin stendinə yaxınlaşan qonaqlara məhsullar haqqında ətraflı məlumat təqdim olunub, eyni zamanda nümunə dadımlar təşkil edilib. “ATS Food” MMC-nin sərgidə iştirakı məhsul portfelinin daha geniş auditoriyaya tanıdılması, istehlakçılarla birbaşa ünsiyyət qurulması və yeni işgüzar əlaqələrin yaradılması baxımından mühüm əhəmiyyət daşıyıb. Sərgi çərçivəsində şirkət bir sıra yerli tərəfdaşlarla ilkin əməkdaşlıq əlaqələri qurub. Eyni zamanda tədbir məhsullarla bağlı istehlakçı rəylərinin öyrənilməsi baxımından faydalı platforma rolunu oynayıb. “ATS Food” MMC gələcəkdə də yerli istehsalın inkişafı, məhsul keyfiyyətinin davamlı olaraq artırılması və beynəlxalq bazarlarda təmsilçiliyinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirməyi qarşısına məqsəd qoyur. Qeyd edək ki, “ATS Food” MMC-nin məhsulları həm yerli bazarda, həm də beynəlxalq bazarlarda istehlakçılar tərəfindən yüksək rəğbətlə qarşılanır və keyfiyyət göstəriciləri ilə seçilir.məhsullar müxtəlif regionlarda beynəlxalq standartlara uyğun şəkildə təqdim edilir və müştəri tələblərinə cavab verir.
Paylaş