“Caspian Energy Club” üzvləri üçün “ATS Food” MMC -nin “Çörəkçi” istehsalat müəssisəsində “Grand CEO Tour” təşkil olunub.
07.07.26
“Caspian Energy Club” tərəfindən təşkil olunan “Grand CEO Tour”çərçivəsində klub üzvləri “Çörəkçi” istehsalat müəssisəsinə səfər ediblər. Tədbirin əsas məqsədi qonaqları müəssisənin istehsal prosesi, keyfiyyət standartları və fəaliyyət istiqamətləri ilə yaxından tanış etmək olub.
Səfər zamanı iştirakçılar “Çörəkçi”nin müasir texnologiyalar əsasında qurulmuş istehsalat xətlərini izləyib, məhsulların hazırlanma mərhələləri ilə əyani şəkildə tanış olublar. Qonaqlara müəssisədə tətbiq olunan keyfiyyətə nəzarət mexanizmləri və gigiyenik standartlar barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində “ATS Food” MMC-nin direktoru Tural Hacıyev çıxış edərək müəssisənin fəaliyyəti, inkişaf strategiyası və gələcək planları haqqında təqdimatla çıxış edib. O, “Bismak”, “Çörəkçi” və “Mr. Pekar” markalarının bazardakı mövqeyini və istehlakçı etimadının qorunması istiqamətində həyata keçirilən işləri xüsusi vurğulayıb.
CEO Tour iştirakçıları səfərdən məmnunluqlarını ifadə edərək, bu cür təşəbbüslərin biznes subyektləri arasında əməkdaşlığın gücləndirilməsinə və təcrübə mübadiləsinin genişlənməsinə töhfə verdiyini bildiriblər.
Tədbirin sonunda qonaqlara hədiyyələr təqdim olunub.
“Çörəkçi” istehsalat müəssisəsi ölkənin çörək və çörək-bulka məhsulları bazarında aparıcı istehsalçılardan biri olaraq, müasir texnologiyalar və yüksək keyfiyyət standartları əsasında fəaliyyətini uğurla davam etdirir.
Paylaş